...

Aİ sammiti Gürcüstanın qəbulu prosesinin fakitiki olaraq dayandırıldığını elan etdi

Dünya xəbərləri Materials 18 Oktyabr 2024 04:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) sammiti Gürcüstanın Avropa dəyərlərini pozmaqda ittiham edərək, Gürcüstanın Aİ-yə qəbul prosesinin faktiki olaraq bloklandığını elan edib.

Trend-in məlumatına görə, bu barədə sammıtın yekun bəyanatında bildirilib.

"Avropa Şurası Gürcüstan hökumətinin Avropa İttifaqının əsasını qoyduğu dəyər və prinsiplərə zidd olan kursundan ciddi narahatlığını ifadə edir. Bu kurs Gürcüstanın Avropa yolunu sarsıdır və faktiki olaraq Aİ-yə qəbul prosesini dayandırır", - deyə bildirilib.

Brüssel xəbərdarlıq edib ki, Gürcüstan “azad və ədalətli” keçirilməli olan qarşıdan gələn parlament seçkilərini xarici müşahidəçilərin iştirakı və “azad, müstəqil və müxtəlif medianın” tam dəstəyi ilə “yaxından izləyəcək”.

Aİ yoluna qayıtmaq üçün Brüssel Gürcüstandan “Avrointeqrasiya prinsiplərinə uyğun olaraq demokratik, hərtərəfli və davamlı islahatlar aparmağı” tələb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti