...

Fəlakət zonasındakı bütün sakinlərə mənzil veriləcək - Ərdoğan

Dünya xəbərləri Materials 26 Oktyabr 2024 22:39 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Türkiyədə təbii fəlakət zonasının heç bir sakini evsiz qalmayacaq," – deyə Prezident Rəcəb Tayyib Ərdoğan fevral 2023-cü ildə baş verən zəlzələlərdən zərər çəkmiş Hatay vilayətinin bir qrup sakininə mənzillərin təqdim edilməsi mərasimində bildirib.

Trend xəbər verir ki, dağıdıcı zəlzələdən sonra üç ay ərzində Türkiyədə 180 min obyektin tikintisinə başlanılıb.

"Ölkəmizin vilayətləri dünyanın ən böyük tikinti meydanına çevrilib və hazırda 160 min işçinin çalışdığı 1900 tikinti sahəsində işlər davam etdirilir," – deyə , Ərdoğan qeyd edib.

Ərdoğanın sözlərinə görə, 2025-ci ilin sonuna qədər ötən ilki fəlakətdən zərər çəkmiş 11 vilayətdə ümumilikdə 452 min 958 yaşayış, ticarət və biznes obyektinin istifadəyə verilməsi planlaşdırılır. "Biz fəxr edirik ki, zəlzələ bölgəsində artıq 130 min ev tikilib," – deyə dövlət başçısı bildirib.

O əlavə edib ki, bu ilin sonuna qədər Türkiyədə 201 min 688 nəfərə yeni mənzil və ticarət obyektlərinin açarları təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti