...

Seçkilərdə “Gürcü arzusu” 54,24% səslə liderdir (YENİLƏNİB)

Dünya xəbərləri Materials 27 Oktyabr 2024 07:51 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Şənbə günü keçirilən parlament seçkilərində hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 54,24% səslə qalib gəlib.

Trend-in məlumatına görə, bunu seçki məntəqələrinin 97 faizinin səslərinin əl ilə hesablanmasından sonra Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatları təsdiqləyir.

MSK-nın verdiyi məlumata əsasən, "Gürcü Arzusu" 54,24%, "Dəyişiklik Koalisiyası" 10,81 %, "Birlik - Milli Hərəkat" partiyası 10,07%, "Güclü Gürcüstan" 8,722%, "Qaxariya" partiyası 8,72 %, "Gürcüstanın lehinə" 7,73% səs toplayıb..

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Bu, ölkədə seçki məntəqələrinin 74 faizində quraşdırılmış və seçicilərin 90 faizə yaxınını əhatə edən elektron seçki qutularından istifadə edilən ilk seçki idi. MSK-nın məlumatına görə, seçici fəallığı 58,94% təşkil edib.

xxx

21:41

Gürcüstanda keçirilən parlament seçkilərində səslərin 69,94 faizi hesablanıb.

Trend xəbər verir ki, hazırda hakim “Gürcü arzusu” partiyası 52,98 faiz səslə liderdir.

Xatırladaq ki, bu gün Gürcüstanda parlament seçkilərində səsvermə baş tutub.

Qeyd edək ki, Gürcüstanda ümumilikdə 3 508 294 vətəndaş, o cümlədən 95 910 nəfər xaricdə səsvermə hüququna malik olub.

Səsvermə prosesini 64 beynəlxalq və 102 yerli təşkilatın nümayəndələri müşahidə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti