...

"El Klassiko"da "Barsa"dan fərqli qələbə

İdman Materials 27 Oktyabr 2024 00:59 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya La Liqasının 11-ci turu "El Klassiko" ilə yadda qalıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, "Barselona" səfərdə "Real"la qarşılaşıb.

Qarşılaşma Kataloniya klubunun qələbsi ilə yekunlaşıb. "Barselona" meydan sahiblərinin qapısında 4 cavabsız qol keçirib. Bu qələbədən sonra xalını 30-a yüksəldən komandan "Real"la xal fərqini 6-ua yüksəldib.

"Real"ın İspaniya çempionatında 42 oyunluq məğlubiyyətsiz seriyasına son qoyulub. Bundan əvvəlki rekord məhz "Barselona"ya məxsus idi. Kataloniyalılar 2017-2018-ci illərdə 43 oyunda meydanı uduzmadan tərk ediblər.

Ispaniya La Liqası
XI tur
26 oktyabr
"Valyadolid" - "Vilyarreal" - 1:2
"Rayo Valekano" - "Alaves" - 1:0
"Las Palmas" - "Jirona" - 1:0
"Real" - "Barselona" - 0:4

Xəbər lenti

Xəbər lenti