...

Yaponiyada parlament seçkilərində səsvermə başlayır

Dünya xəbərləri Materials 27 Oktyabr 2024 02:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyada bu gün yerli vaxtla saat 07:00-da parlamentin əsas aşağı palatasına seçkilər üçün səsvermə prosesinə start verilib.

Trend xəbər verir ki, bu seçkilər ölkənin siyasi arenada ciddi dəyişikliklərə səbəb ola bilər və hətta hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər. Analitiklərin fikrincə, nəticələr Yaponiyanın daxili siyasi qüvvələrinin tarazlığını dəyişə və mövcud siyasi düzəni sarsıda bilər.

Seçki məntəqələri saat 20:00-da bağlanacaq. Yaponiyanın İnzibati İşlər və Rabitə Nazirliyinin verdiyi məlumata görə, indiyədək 16 milyondan çox seçici erkən səsvermədə iştirak edib ki, bu da ümumi seçicilərin 15,8 faizini təşkil edir. Son rəy sorğuları göstərir ki, hakim Liberal Demokrat Partiyası, hətta koalisiya ortağı Komeito partiyası ilə birlikdə belə parlamentdə çoxluğu itirə bilər.

Seçkilərdə 289 yer birmandatlı dairələr üzrə, 176 yer isə proporsional sistemlə partiya siyahıları əsasında seçiləcək. 1344 namizəd parlamentdə yer uğrunda mübarizə aparır.

Hakim Liberal Demokrat Partiyası, yeni baş nazir Şiqeru İşibanın rəhbərliyi altında bu növbədənkənar seçkilərə aşağı reytinqlər, maliyyə qalmaqalları və daxili parçalanma şəraitində gedir. Ən pis ssenariyə görə, müxalifət koalisiya hökuməti qura bilər ki, bu da 1993-cü ildə olduğu kimi, hakim partiyanı hakimiyyətdən uzaqlaşdıra bilər.

Xəbər lenti

Xəbər lenti