...

Tramp ordunu ölkə xaricində döyüşməyə göndərməyəcəyinə söz verib

Dünya xəbərləri Materials 27 Oktyabr 2024 05:28 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-da prezidentliyə namizəd Donald Tramp Ağ Evə qayıdacağı təqdirdə qoşunları xarici ölkələrdəki münaqişələrdə iştirak etmək üçün göndərməyəcəyini bildirib.

Trend-in məlumatına görə, o, bunu Pensilvaniya ştatının Dövlət Kollecində tərəfdarları ilə görüşü zamanı qeyd edib. "Mənim rəhbərliyim altında Birləşmiş Ştatlar müharibə aparmayıb. Biz güc yolu ilə sülhə nail olduq, bu, çox önəmlidir. Siz heç vaxt eşitmədiyiniz bir ölkə uğruna uşaqlarınızı müharibəyə göndərməməlisiniz. Mən sizi sonsuz və mənasız xarici müharibələrdə döyüşməyə göndərməyəcəyəm,” – deyə o vurğulayıb.

Tramp həmçinin əmindir ki, Demokratların namizədi Kamala Harris qalib gəlsə, amerikalılar xarici münaqişələrə cəlb olunacaqlar. "O, bizi üçüncü dünya müharibəsinə sürükləyəcək, çünki o, çox bacarıqsızdır. O, Çin prezidenti Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin, KXDR lideri Kim Çen In ilə başa çıxa bilməyəcək. Nəticədə, bütün oğullarınız və qızlarınız, heç eşitmədiyiniz bir ölkədə döyüşə göndəriləcək, düşmənlərimiz ona gülür, bizə gülürlər,” – deyə Tramp əlavə edib.

Xəbər lenti

Xəbər lenti