...

İtaliyada əlverişsiz hava fəsadlara səbəb olub

Dünya xəbərləri Materials 27 Oktyabr 2024 04:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın şimal bölgələrində aramsız yağan leysan yağışlar ciddi fəsadlar törədib.

Trend xəbər verir ki, Piza bölgəsində çaylar daşaraq evləri, küçələri və iş yerlərini su altında qoyub. Bəzi yerlərə 120 millimetrə qədər yağıntı düşüb, nəticədə torpaq sürüşmələri baş verib.

Liquriya və Emiliya-Romanya bölgələrinin müxtəlif ərazilərində "narıncı", Veneto, Lombardiya, Toskana və Valle d'Aosta bölgələrində isə "sarı" xəbərdarlıq elan olunub.

Mülki müdafiə qüvvələri köməksiz vəziyyətdə qalan onlarla insanı təxliyə edərək təhlükəsiz ərazilərə yerləşdirib. Hazırda bir nəfərin itkin düşdüyü bildirilir və axtarış-xilasetmə əməliyyatları davam edir.

Əlverişsiz hava şəraitinin İtaliya üzrə qarşıdakı günlərdə də davam edəcəyi proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti