...

COP29 konfransına hazırlıq çərçivəsində gecə monitorinq prosesi uğurla tamamlanıb

Yaşıl iqtisadiyyat Materials 27 Oktyabr 2024 05:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 konfransına hazırlıq çərçivəsində Bakıda nəqliyyatın idarə edilməsi üzrə növbəti gecə monitorinq prosesi uğurla tamamlanıb.

Trend-in məlumatına görə, oktyabrın 26-dan 27-nə keçən gecə paytaxtın əsas prospekt və küçələrində, o cümlədən Heydər Əliyev, İstiqlaliyyət, Azadlıq, Neftçilər prospektlərində, həmçinin Mərdəkan, Zığ və Aeroport şosselərində genişmiqyaslı nəzarət tədbirləri keçirilib.

Monitorinq COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin birgə əməkdaşlığı ilə həyata keçirilib. Bu yoxlama prosesində, konfrans zamanı təhlükəsizlik və operativ nəqliyyat təminatını gücləndirmək məqsədilə təcili yardım və yanğınsöndürmə maşınları da daxil olmaqla COP29 üçün nəzərdə tutulmuş xüsusi avtobuslar müxtəlif marşrutlar üzrə sınaqdan keçirilib.

Görülən tədbirlər, COP29 çərçivəsində nəqliyyatın idarə edilməsinin daha səmərəli təşkilinə xidmət edir və konfrans günlərində iştirakçıların rahat və təhlükəsiz hərəkətini təmin etməyi hədəfləyir.

Xəbər lenti

Xəbər lenti