...

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı təşkil ediləcək

Cəmiyyət Materials 27 Oktyabr 2024 08:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı təşkil edəcək.

DİM-dən Trend-ə verilən məlumata görə, imtahan Bakıda, Mərkəzin elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) keçiriləcək. İmtahanda iştirak etmək üçün 143 nəfər qeydiyyatdan keçib.

İmtahan saat 11:00-da başlayacaq və bir saat davam edəcək.

Namizədlər imtahana gələrkən kalkulyator, şəxsiyyəti təsdiq edən sənədin orijinalı və imtahana giriş vərəqəsini gətirməlidirlər.

İmtahan 9 müxtəlif istiqamət üzrə aparılır. Namizədlərə seçdikləri istiqamət üzrə 30 test tapşırığı təqdim olunur. Testlərdə düzgün cavablar 1, 2 və ya 3 balla qiymətləndirilir. Ümumi maksimal bal 60-dır və 30 bal və ya daha yüksək nəticə əldə edən namizəd imtahandan uğurla keçmiş sayılır.

Xəbər lenti

Xəbər lenti