...

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək

Cəmiyyət Materials 27 Oktyabr 2024 08:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək.

DİM-dən Trend-ə verilən məlumata görə, imtahan oktyabrın 27-də, xüsusi hazırlıq keçmiş taksi sürücülərinin bilik və səriştəsini qiymətləndirmək məqsədilə təşkil edilib. Bundan əlavə, beynəlxalq sərnişin və yük daşımaları sahəsində fəaliyyət göstərən operatorların məsul şəxsləri üçün də peşəkarlıq imtahanları təşkil olunub. İmtahanlarda iştirak etmək üçün ümumilikdə 1398 namizəd qeydiyyatdan keçib.

Taksi sürücüləri üçün nəzərdə tutulan imtahanlar DİM-in Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov ünvanında yerləşən elektron imtahan korpusunda və Gəncə regional bölməsində, beynəlxalq daşımalar üzrə məsul şəxslərin imtahanları isə DİM-in elektron imtahan korpusunda keçirilib.

İmtahanı tamamladıqdan sonra və ya ayrılmış vaxt başa çatdıqda iştirakçılar nəticələrini dərhal əldə edə bilirlər. Nəticələr növbəti gün DİM-in rəsmi internet səhifəsində də yerləşdiriləcək.

Namizədlərin imtahana buraxılmaları üçün buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsi ilə vaxtında imtahan məntəqəsində hazır olmaları tələb olunur. Hər iki sənədin təqdim olunmaması və ya uyğunsuzluq hallarında namizəd imtahana buraxılmayacaq.

İmtahan bir saat davam edib və xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün 20 test tapşırığı, beynəlxalq sərnişin və yük daşımaları sahəsində fəaliyyət göstərən məsul şəxslər üçün isə 25 test tapşırığı təqdim olunub. Hər düzgün cavab 1 balla qiymətləndirilib və yanlış cavablar nəticəyə təsir etməyib. İmtahanı uğurla keçmiş sürücülərə uyğun olaraq şəhadətnamələr təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti