...

İsrail ordusu Beyrutun cənubundakı “Hizbullah” mövqelərinə zərbələr endirib

Dünya xəbərləri Materials 27 Oktyabr 2024 05:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin hərbi hava qüvvələri Beyrutun cənub bölgələrində “Hizbullah” qruplaşmasının obyektlərinin yerləşdiyi ərazilərə bir neçə hava zərbəsi endirib.

Trend TASS-a istinadən xəbər verir ki, hücum zamanı ən azı iki bölgə hədəfə alınıb və 20 dəqiqə ərzində beşdən çox hava zərbəsi endirilib. Əl-Hadas bölgəsindən başlayan hücumlar nəticəsində ətraf ərazilərdə, o cümlədən Beyrut Beynəlxalq Hava Limanına gedən yolda yerləşən Burc əl-Baracna qaçqın düşərgəsində partlayış səsləri eşidilib.

Qeyd edək ki, son günlər İsrail və “Hizbullah” arasında artan gərginlik Livanda təhlükəsizlik vəziyyətinin daha da pisləşməsinə gətirib çıxarıb.

Xəbər lenti

Xəbər lenti