...

Bəşəriyyət çoxplanetli sivilizasiyaya çevrilməlidir - İlon Mask

Dünya xəbərləri Materials 27 Oktyabr 2024 07:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İlon Mask hesab edir ki, bəşəriyyətin sağ qalma şansını artırmaq üçün çoxplanetli bir sivilizasiyaya çevrilməsi vacibdir.

Trend xəbər verir ki, Mask bu fikri şənbə günü Pensilvaniyanın Lankaster şəhərində ABŞ prezidentliyinə namizəd Donald Trampa dəstək tədbirində çıxış edərkən bildirib.

“Yer üzündə hər zaman texnogen və ya təbii fəlakət baş vermə ehtimalı var. Məsələn, bir zamanlar meteorit dinozavrları məhv etdi. Yer kürəsinin tarixi kütləvi qırğınlara səbəb olan hadisələrlə doludur, belə hadisələr yenə baş verə bilər. Lakin əgər biz çoxplanetli bir növ olsaq, sivilizasiyanın ömrü daha uzun olacaq,” - deyə Mask vurğulayıb.

Maska görə, bəşəriyyətin gələcəkdə yaşaya biləcəyi planetlərdən biri də Mars olacaq.

Daha əvvəl SpaceX-in rəhbəri olan Mask bildirmişdi ki, Starship kosmik gəmisi iki il ərzində insansız rejimdə Marsa səyahət edə bilər. Əgər bu missiyalar uğurlu olsa, dörd ildən sonra insanlarla ilk uçuşlar həyata keçirilə bilər. Maskın əsas hədəfi 20 il ərzində Marsda özünü təmin edən bir şəhər qurmaqdır.

Xəbər lenti

Xəbər lenti