...

Məşhur “Özünü quş kimi azad hiss edən” əsəri Heydər Əliyev Mərkəzində (VİDEO)

Siyasət Materials 27 Oktyabr 2024 09:00 (UTC +04:00)
Məşhur “Özünü quş kimi azad hiss edən” əsəri Heydər Əliyev Mərkəzində (VİDEO)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Məşhur britaniyalı rəssam Yinka Şonibaranın (Yinka Shonibare) “Özünü quş kimi azad hiss edən” (Feeling Free Like a Bird) əsəri Heydər Əliyev Mərkəzində təqdim edilir.

Trend xəbər verir ki, iqlim dəyişikliyi problemlərinə həsr olunan bu instalyasiya ictimaiyyətə incəsənət vasitəsilə mesaj verir. Atın üzərində təsvir olunan qadın özü ilə qəfəslərdən azad edilmiş nəsli kəsilməkdə olan Afrika quşlarını aparır. İnsan başını qlobus əvəz edir. Əsərləri dünyanın ən məşhur muzey və qalereyalarında sərgilənən Yinka Şonibara bu instalyasiya ilə iqtisadi problemlər və yaxınlaşmaqda olan ekoloji fəlakətdən qaçmaq istəyini ifadə edir.

Əsər Heydər Əliyev Mərkəzi və Londonun aparıcı qalereyalarından biri - Stephen Friedman Gallery ilə əməkdaşlıq çərçivəsində Bakıya gətirilib və 2025-ci il aprelin 6-dək paytaxtımızda nümayiş etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti