...

“Report” İnformasiya Agentliyi 10 yaşını qeyd edir

Cəmiyyət Materials 27 Oktyabr 2024 09:00 (UTC +04:00)
“Report” İnformasiya Agentliyi 10 yaşını qeyd edir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün “Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 10 il ötür.

Trend xəbər verir ki, Azərbaycanda azad mətbuatın fəaliyyəti üçün yaradılan münbit şərait, ictimaiyyətin onlayn xəbər resurslarına əlçatanlığının asanlaşmasını nəzərə alaraq, habelə ölkəmizin son illər genişmiqyaslı layihələrə qoşulması, mötəbər tədbirlərə ev sahibliyi etməsi barədə ictimaiyyətin daha dolğun informasiyalarla təmin olunması məqsədilə 2014-cü ildə "Report" İnformasiya Agentliyi onlayn media məkanında fəaliyyətə başlayıb.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən “Report” İA ötən 10 il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

Hazırda "Report" İnformasiya Agentliyi “Global Media Group” şirkətinin tərkibinə daxildir.

Trend Beynəlxalq İnformasiya Agentliyi olaraq “Report”dakı həmkarlarımızı təbrik edir, onlara yeni uğurlar arzu edirik!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti