...

İsrail hərbçiləri İordaniyanın qərb sahilində reyd keçirib

Dünya xəbərləri Materials 27 Oktyabr 2024 08:15 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail hərbçiləri işğal altındakı İordan çayının qərb sahilində reyd keçirib.

Trend-in məlumatına görə, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.

Agentliyin verdiyi xəbərə görə, Qalkilyə şəhəri basqın edilib. İsrail ordusunun cənubdan şəhərə daxil olduğu və Nazzal bölgəsində mövqe tutduğu bildirilib. Sakinlərin ətrafa snayperlər yerləşdirərək evlərə və mağazalara basqın etdiyi qeyd olunub.

2023-cü il oktyabrın 7-də Qəzza zolağından silahlı Həmas radikallarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, ona, habelə Livan və Suriyanın müəyyən bölgələrinə qarşı qisas tədbirlərinə başlayıb. Bunun ardınca İordan çayının qərb sahilində də toqquşmalar baş verməkdədir.

Xəbər lenti

Xəbər lenti