Bakı. Trend:
ABŞ-nin Maliyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, yenilənmiş siyası qurumun rəsmi saytında yerləşdirilib.
Məlumata görə, məhdudiyyətlərin tətbiq olunduğu şəxslər arasında Rusiyanın müdafiə nazirinin müavinləri Pavel Fradkov, Aleksandr Fomin və Viktor Qoremıkin də var.
Qeyd edilir ki, yenilənmiş siyahıda ümumilikdə 32 nəfərin və çox sayda Rusiya şirkətinin adları yer alıb.