Bakı. Trend:
Rusiya Federasiyasında bəzi istifadəçilərdə "TikTok" videoservisində nasazlıq baş verib.
Trend-in məlumatına görə, bu barədə nasazlıqlarla bağlı məlumatlarda bildirilib.
Beləki, videoservis həm iOS, həm də Android-də işləyən cihazlarda İnternet bağlantısı xətası göstərir və baxılan videonu yenidən yükləmək üçün yenidən cəhd etməyi təklif edir. Bundan əlavə, videonu ötürmək istəyəndə xəta göstərilir.
Məlumata əsasən, Rusiyada servisin nasazlığı ilə bağlı 937-yə yaxın şikayət daxil olub.