...

ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərdiyini açıqlayıb

Dünya xəbərləri Materials 2 Noyabr 2024 04:32 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin müdafiə naziri Lloyd Ostin Yaxın Şərqə esmines, qırıcı və bombardmançı təyyarələr də daxil olmaqla əlavə qüvvələrin göndərilməsi barədə göstəriş verib.

Trend-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder deyib.

"Yaxın Şərqdə ABŞ vətəndaşlarını qorumaq, İsraili müdafiə etmək, çəkindirmə və diplomatiya vasitəsilə gərginliyi azaltmaq üzrə öhdəliklərimizə uyğun olaraq, müdafiə naziri bölgəyə əlavə raket əleyhinə müdafiə sistemləri ilə təchiz edilmiş esmineslərin, qırıcı və tanker təyyarələrindən ibarət eskadrilya və ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bir neçə "B-52" strateji bombardmançı təyyarələrinin yerləşdirilməsi barədə göstəriş verib", - deyə bildirilib.

P.Rayder yaxın aylarda Yaxın Şərqə əlavə qüvvələrin gəlməyə başlayacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti