...

Moldovada prezident seçkilərinin ikinci turu üçün səsvermə başlayıb

Dünya xəbərləri Materials 3 Noyabr 2024 09:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Moldovada prezident seçkilərinin ikinci turu ilə bağlı səsvermə başlayıb.

Trend xəbər verir ki, ikinci turda Fəaliyyət və Həmrəylik Partiyasının namizədi və hazırkı prezident Maya Sandu ilə Moldova Respublikası Sosialistlər Partiyasının dəstəklədiyi namizəd Aleksandr Stoyanoqlo yarışır.

20 oktyabrda keçirilən prezident seçkilərinin birinci turunda Maya Sandu 656,852 səs toplayaraq seçicilərin 42,49 faizini, Aleksandr Stoyanoqlo isə 401,215 səs toplayaraq 25,95 faizini qazanıb. Seçki qanunvericiliyinə əsasən, namizədlərdən biri 50 faizdən çox səs toplaya bilsəydi, birinci turda qalib elan olunacaqdı.

Birinci turda prezidentlik uğrunda ümumilikdə 11 namizəd mübarizə aparıb.

Səsvermə yerli vaxtla saat 21:00-da sona çatacaq.

Xəbər lenti

Xəbər lenti