Bakı. Trend:
Bazar günü naməlum terrorçuların Cammu və Kəşmir əyalətinin şimalında yerləşən Şrinaqar şəhərində bazara qumbara atması nəticəsində azı 12 nəfər yaralanıb.
Trend xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.
Hələlik Kəşmirin Hindistan hissəsində fəaliyyət göstərən ekstremist qrupların heç biri bu hücuma görə məsuliyyəti üzərinə götürməyib. Yerli KİV-in məlumatlarına görə, bu aksiyanın arxasında "Ləşkər-e-Taibə" terror qruplaşmasının durduğu ehtimal edilir. Dünən hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı iki yaraqlı məhv edilib, onlardan birinin "Usman" kimi tanınan bu qruplaşmanın nüfuzlu səhra komandiri olduğu məlum olub.
Cammu və Kəşmir əyalətinin baş naziri Ömər Abdullah hücumu pisləyib və bölgədə terror fəaliyyətinin artdığını qeyd edib. O, hüquq-mühafizə orqanlarını ekstremistlərin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çağırıb. Nazir, "Srinagarda bazar günü bazarında günahsız alıcılara qumbara atan hücumla bağlı xəbərlər çox narahat edir. Mülki şəxslərə hücuma heç bir bəraət qazandırmaq olmaz. Təhlükəsizlik orqanları bu hücum dalğasına ən qısa zamanda son qoymalı və insanların qorxu yaşamadan öz həyatlarını sürmələrini təmin etməlidir," - deyə qeyd edib.