...

Moldovada prezident seçkilərində səsvermə başa çatıb

Dünya xəbərləri Materials 3 Noyabr 2024 23:53 (UTC +04:00)

Bakı. Trend:

Moldovada prezident seçkilərinin ikinci turu zamanı seçki məntəqələri bağlanıb.

Trend-in məlumatına görə, bu barədə "News.ro" portalı xəbər verib.

Məlumata əsasən, yerli vaxtla saat 07:00-da 2,2 mindən çox seçki məntəqəsi açılıb. Daha 200-dən çox səsvermə yeri xaricdə fəaliyyət göstərib.

Moldova Mərkəzi Seçki Komissiyasının saytında verilən məlumata görə, yerli vaxtla saat 20:50-yə olan seçici fəallığı 54 faizi ötüb. Prosedurda 1,6 milyondan çox vətəndaş iştirak edib.

Prezident seçkilərində Avropaya inteqrasiya tərəfdarı və respublikanın hazırkı prezidenti Maia Sandu və Moldova Respublikası Sosialistlər Partiyasının (PSRM) namizədi, keçmiş baş prokuror Aleksandru Stoyanoqlo iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti