Bakı. Trend:
İspaniyada daşqınlar nəticəsində həyatını itirənlərin sayı 223 nəfərə çatıb və ölənlərin böyük əksəriyyəti ölkənin şərqində yerləşən Valensiya muxtar icmasında qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə İspaniyanın nəqliyyat naziri Oskar Puente "X" hesabında məlumat verib.
Nazir bildirib ki, Valensiyada 215, Kastiliya-La-Mança muxtar icmasında 7 və Əndəlüsdə isə 1 nəfər həlak olub. Bundan əlavə, 78 nəfər itkin düşmüş hesab edilir və ölən 48 nəfərin şəxsiyyəti hələ müəyyənləşdirilməyib.