Bakı. Trend:
ABŞ Ədliyyə Nazirliyi İranı, ölkənin yeni seçilmiş Prezidenti Donald Trampa qarşı sui-qəsd hazırlamaqla ittiham edib.
Trend xəbər verir ki, bu barədə nazirlik açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, "Ədliyyə Nazirliyi, Donald Trampa qarşı sui-qəsd planlarını həyata keçirmək məqsədilə cinayət şəbəkəsini idarə etmək vəzifəsi daşıyan Tehran rejiminin agentini ittiham edib".
Bundan əlavə, ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru Kristofer Rey bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İQKK) ABŞ-da qətllər təşkil etmək üçün mütəşəkkil cinayətkarlar və muzdlu qatillərlə əlbir olub.