Bakı. Trend:
Rusiya Kubaya 62 milyon dollar dəyərində 80 min ton dizel yanacağı və avadanlıq göndərəcək.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya baş nazirinin müavini Dmitri Çernışenko bildirib.
"Prezidentimiz Vladimir Vladimiroviç Putinin tapşırığına əsasən, Rusiya qardaş Kubaya təcili yardım göstərməyə hazırdır," - deyə Çernışenko qeyd edib.
O əlavə edib ki, Rusiya, qasırğa nəticəsində zədələnmiş enerji avadanlıqlarının bərpası üçün adaya təmir dəstləri göndərəcək. Bu avadanlıqlar Fövqəladə Hallar Nazirliyi vasitəsilə çatdırılacaq.