Bakı. Trend:
Kanadanın Britaniya Kolumbiyası əyalətində ilk dəfə insanda H5 quş qripi aşkar edilib.
Trend-in məlumatına görə, bu barədə Frans Press (AFP) agentliyi xəbər yayıb.
Məlumata əsasən, xəstənin infeksiya mənbəyi və onun mümkün təmasları araşdırılır. Kanada rəsmiləri xəstənin çox güman ki, xəstə quş və ya heyvanla təmasda olduğunu bildiriblər.
Quş qripi əsasən vəhşi və ev quşlarını təsir etsə də, son zamanlarda məməlilər arasında da müşahidə edilib. 2024-cü ildə ABŞ-da mal-qara arasında xəstəliyin yayılması epidemiyaya səbəb olub.
Alimlər, insanların bu virusa nadir hallarda yoluxmasına baxmayaraq, quş qripinə həssas olan növlərin artmasının narahatlıq doğurduğunu vurğulayır. Patogenin yayılması daşıyıcı ilə yaxından təmas və ya çirklənmiş mühitlə əlaqədar mümkün olur.