...

Tramp ticarət naziri vəzifəsinə Hovard Lyutnikin namizədliyini irəli sürüb

Dünya xəbərləri Materials 20 Noyabr 2024 00:35 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ticarət naziri vəzifəsinə "Cantor Fitzgerald L.P." maliyyə institutunun rəhbəri Hovard Lyutnikin namizədliyini irəli sürəcəyini bildirib.

Trend-in məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.

""Cantor Fitzgerald, L.P."nin sədri və baş icraçı direktoru Hovard Lyutnikin ticarət naziri kimi mənim administrasiyama qoşulacağını bildirməkdən çox məmnunam", - deyə o yazıb.

Onun sözlərinə görə, Lyutnik ticarət və tariflərlə məşğul olacaq. O, həmçinin ABŞ Ticarət Nümayəndəliyinin İdarəsinin fəaliyyətinə birbaşa cavabdeh olacaq.

Xəbər lenti

Xəbər lenti