Bakı. Trend:
Son günlər Gürcüstanın paytaxtı Tbilisidə keçirilən etiraz aksiyaları zamanı 113 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.
Trend xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, yalnız dekabrın 1-2-də baş verən zorakılıq hadisələri nəticəsində DİN-in 21 əməkdaşı yaralanıb və hazırda tibbi yardım alır.
Ümumilikdə, aksiyalar zamanı yaralanan 113 nəfərdən 4-ü xəstəxanada müalicə olunmaqdadır.