Bakı. Trend:
Berlin, Vaşinqton, London və Paris hesab edir ki, Suriyadakı bütün tərəflər gərginliyi azaltmalı və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün səylərini birləşdirməlidir.
Trend xəbər verir ki, bu barədə Böyük Britaniya, Almaniya, ABŞ və Fransanın bazar günü yayımlanan birgə bəyanatında qeyd edilib.
Bəyanatda, "Biz Suriyadakı vəziyyəti diqqətlə izləyirik və bütün tərəfləri gərginliyi azaltmağa və mülki əhalini qorumağa çağırırıq" ifadəsi yer alıb.