...

Suriyada gərginliyin artması fonunda Əsəd Türkiyə ilə təmaslar axtarmağa başladı

Dünya xəbərləri Materials 2 Dekabr 2024 08:37 (UTC +04:00)
Suriyada gərginliyin artması fonunda Əsəd Türkiyə ilə təmaslar axtarmağa başladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Suriya Prezidenti Bəşər Əsəd, ölkədəki son hadisələrin fonunda Ankara ilə təmas qurmaq üçün təşəbbüs göstərib.

Trend xəbər verir ki, bu barədə “Türkiye” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Əsəd Türkiyə hakimiyyətinə danışıqlar təklifi göndərmək üçün iki vasitəçidən istifadə edib. Qəzetin yazdığına görə, “indiyədək Əsəd Türkiyənin ona uzatdığı ələ cavab verməmişdi.”

Digər tərəfdən, “Syria TV” daha əvvəl Əsədin Türkiyə ilə danışıqlar aparmaq məqsədilə Antalyaya nümayəndə heyəti göndərməyi əmr etdiyini bildirmişdi. Lakin “Sözcü” qəzeti Türkiyə xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən bu məlumatı təkzib edib.

Xəbər lenti

Xəbər lenti