Bakı. Trend:
Rusiya, İran, Türkiyə və Qətərin yüksək rütbəli nümayəndələrinin görüşü gözlənilir.
Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Dekabrın 7-8-də keçiriləcək Doha Forumu çərçivəsində Qətər, İran, Türkiyə və Rusiyanın iştirakı ilə Suriyadakı vəziyyəti müzakirə etmək üçün görüş keçirilə bilər”, - deyə diplomat qeyd edib.