Bakı. Trend:
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskə “Mercedes-Benz” şirkəti tərəfindən tam elektriklə işləyən, xüsusi texnologiyalarla təchiz olunmuş yeni “Papamobile” hədiyyə edilib.
Trend xəbər verir ki, bu unikal avtomobil “G-Class” modeli əsasında hazırlanıb və Vatikanda hər 25 ildən bir qeyd olunan Müqəddəs Yubiley İli münasibətilə Papa üçün xüsusi olaraq istehsal edilib.
Avtomobilin hazırlanması üçün “Mercedes-Benz” şirkətinin müxtəlif ofislərindən olan mütəxəssislər bir il ərzində Vatikan nümayəndələri ilə birgə çalışıblar. Yeni “Papamobile” ağ rəngdədir və ənənəvi olaraq “SCV1” nömrə nişanını daşıyır.
Avtomobilin açarını Papa Fransiskə “Mercedes-Benz” Qrupunun baş direktoru Ola Kallenius və digər yüksək vəzifəli nümayəndələr Vatikanda rəsmi görüş zamanı təqdim ediblər.