...

Türkiyədən Qazaxıstana mebel ixracı artıb

Dünya xəbərləri Materials 6 Dekabr 2024 11:50 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyənin Qazaxıstana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artaraq, 66 milyon dollara çatıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin noyabr ayında Türkiyə Qazaxıstana 6,5 milyon dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 20,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalaraq, 7 milyard 862 milyon 258 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 671 milyon 664 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,2 faiz azdılr” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 7 milyard 862 milyon 268 min dollar məbləğində mebel ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti