Bakı. Trend:
Uels Şahzadəsi Uilyam ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşəcək.
Trend xəbər verir ki, Uels Şahzadəsi Uilyam Parisdə yenidən açılan Notr-Dam kilsəsinin rəsmi mərasimində iştirak edir.
Bu tədbir çərçivəsində o, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşəcək. Görüşdə Böyük Britaniya ilə ABŞ arasındakı xüsusi münasibətlərin müzakirə olunacağı, iki ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələrin gücləndirilməsi məsələlərinin diqqət mərkəzində olacağı bildirilib.
Qeyd edək ki, Notr-Dam kilsəsinin bərpası 2019-cu ildə baş verən yanğından sonra tamamlanıb və bu mərasim dünya liderlərinin iştirakı ilə keçirilir.