Bakı. Trend:
Suriya Prezidenti Bəşər Əsədin hazırda Dəməşqdə olmadığı iddia edilir.
Trend xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Əsədin ofisinin bəyanatına baxmayaraq, o, şəhərdə ola biləcəyi heç bir yerdə görünməyib. Həmçinin, adətən Prezidentin təhlükəsizliyini təmin edən və onu müşayiət edən mühafizəçilərin də yoxluğu diqqət çəkib.
Bu vəziyyət Əsədin qaçdığı ilə bağlı fərziyyələrin yayılmasına səbəb olub. Müxalif qüvvələr isə Prezidentin dəqiq yerini müəyyən etmək və onu tapmaq üçün səylərini davam etdirirlər.