...

İranın Suriyadakı səfirliyinə basqın edilib

Dünya xəbərləri Materials 8 Dekabr 2024 13:28 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın Suriyanın Dəməşq şəhərindəki səfirliyinə basqın edilib.

Trend-in məlumatına görə, bu barədə İranın "Press TV" televiziya kanalı xəbər verib.

Hadisə ilə bağlı ətraflı məlumat verilməyib.

Xatıraladaq ki, “Həyat Təhrir əl-Şam” qruplaşmasının başçılıq etdiyi üsyançılar noyabrın 27-də Suriyanın şimalında, o vaxtkı qismən nəzarətdə olan İdlib əyalətindən hücuma başlayıb. Hücumda onlarla yanaşı Suriya Milli Ordusunun ayrı-ayrı bölmələri də iştirak edib.

Silahlılar bir neçə gün ərzində bütün İdlib vilayətini və ölkənin ikinci böyük şəhəri olan Hələb şəhərini ələ keçirib.

Dekabrın 5-də Suriya ordusu Suriyanın əhalisinin sayına görə beşinci şəhəri olan Həmanı tərk edib. Dekabrın 6-da ABŞ-nin dəstəklədiyi Suriya Demokratik Qüvvələri Suriyanın şimal-şərqindəki Deyr əz-Zor şəhərini ələ keçirib. Dekabrın 8-nə keçən gecə hökumət əleyhinə qüvvələr Dəməşqə daxil olub. Suriya prezidenti Bəşər Əsəd ölkənin paytaxtını təyyarə ilə tərk edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti