...

Suriya müxalifəti dekabrın 8-ni milli bayram elan edib

Dünya xəbərləri Materials 9 Dekabr 2024 04:01 (UTC +04:00)

Bakı. Trend:

Suriyanın Müxalifət və İnqilabçı Qüvvələrinin Milli Koalisiyası Dəməşqin silahlı qüvvələr tərəfindən tutulması günü olan 8 dekabrı ölkənin milli bayramı elan edib.

Trend xəbər verir ki, bu haqda koalisiyanın yaydığı bəyanatda bildirilir.

"Suriya Milli Koalisiyası dekabrın 8-ni şəhidlərin və qurbanların qələbəsi günü, həbs olunanların, köçkünlərin və məzlumların qələbəsi günü, haqq və ədalətin cinayət üzərində qələbəsi günü olduğu üçün Suriyada milli bayram elan edir", - deyə koalisiyanın bəyanatında deyilir.

Xəbər lenti

Xəbər lenti