...

Türkiyədən İrana polad ixracı azalıb

Dünya xəbərləri Materials 10 Dekabr 2024 13:30 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyədən İrana polad ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 28,7 faiz azalaraq, 36 milyon 519 min dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin noyabr ayında Türkiyə İran 3 milyon 374 min dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 9,4 faiz azdır”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 8,9 faiz artaraq, 14,7 milyon dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 1,2 milyon dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 8,5 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023 – noyabr 2024) Türkiyə 16 milyon dollar məbləğində polad ixrac edib.

Xəbər lenti

Xəbər lenti