Bakı. Trend:
Estoniyanın müdafiə qabiliyyətini artırmaq məqsədilə əlavə vergi gəlirləri toplamaq üçün ölkədə 2028-ci ilin sonuna qədər təhlükəsizlik vergisinin tətbiq edilməsi qərara alınıb.
Trend xəbər verir ki, bu barədə ERR teleradio şirkəti məlumat yayıb.
Yeni qanuna əsasən, fiziki və hüquqi şəxslərin gəlir vergisinin iki faiz bəndi artırılacaq. Qanun 53 deputat tərəfindən dəstəklənib, 27 deputat isə onun qəbuluna qarşı səs verib.
Qeyd edək ki, Estoniya 2025-ci ildən etibarən müdafiə xərclərini ÜDM-in 4%-nə qədər artırmağı planlaşdırır.