Bakı. Trend:
Ermənistanın Ankara ilə danışıqlar üzrə xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə rəsmiləri ilə sərhəddə keçirilən görüş barədə məlumat verib.
Trend xəbər verir ki, Rubinyan görüşün dəqiq tarixini açıqlamasa da, müzakirələrin müsbət və konstruktiv atmosferdə keçdiyini bildirib. Tərəflər Ahurik-Akyaka dəmir yolu sərhəd keçidinin işə salınması ilə bağlı texniki detalları və nüansları müzakirə ediblər.
Qeyd edək ki, bu görüş və texniki qiymətləndirmə ilə bağlı razılıq, iyul ayında sərhəddə - Marqara keçid məntəqəsində Ruben Rubinyan və türkiyəli həmkarı Serdar Kılıç arasında keçirilən əvvəlki görüş zamanı əldə olunmuşdu.