...

İordaniya Suriyadakı vəziyyətlə bağlı ərəblərarası görüş çağırıb

Dünya xəbərləri Materials 13 Dekabr 2024 05:42 (UTC +04:00)
İordaniya Suriyadakı vəziyyətlə bağlı ərəblərarası görüş çağırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İordaniya Krallığı Suriyada davam edən böhranın həlli üçün ərəblərarası görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Trend xəbər verir ki, İordaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanata əsasən, görüş dekabrın 14-də Qırmızı dəniz sahilində yerləşən Akaba şəhərində təşkil olunacaq.

Görüşdə Misir, İordaniya, İraq, Livan və Səudiyyə Ərəbistanını təmsil edən Ərəb Liqasının Suriya üzrə nazirlər komitəsinin üzvləri ilə yanaşı, Bəhreyn, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri iştirak edəcəklər.

Bundan sonra İordaniyada Türkiyənin xarici işlər naziri Hakan Fidan, ABŞ dövlət katibi Antoni Blinken və Aİ diplomatiyasının rəhbəri Kaya Kallas səkkiz ərəb naziri ilə görüş keçirəcək. Bu görüşdə həmçinin BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen də iştirak edəcək.

Akabadakı danışıqlarda BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq Suriyada inklüziv siyasi keçid prosesinin dəstəklənməsi, dövlət qurumlarının bərpası, ölkənin birliyi və ərazi bütövlüyünün qorunması məsələləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti