...

Kanada ABŞ-yə ixrac olunan neft və urana vergi tətbiq edə bilər

Dünya xəbərləri Materials 13 Dekabr 2024 15:40 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Ottava ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Kanada mallarına 25 faizlik gömrük rüsumunu qəbul edəcəyi təqdirdə, Birləşmiş Ştatlara neft, uran və kalium karbonatı ixracına rüsum tətbiq edilməsini nəzərdən keçirir.

Trend xəbər verir ki, “The Globe and Mail” qəzeti bu barədə Kanada hakimiyyətinin yüksək rütbəli nümayəndəsinə istinadla məlumat yayıb.

Artıq Kanadanın Ontario əyalətinin Baş naziri Daq Ford Donald Trampın Kanada mallarına rüsum tətbiq edəcəyi təqdirdə ABŞ-yə elektrik enerjisi təchizatını dayandıra biləcəklərini elan edib. 2023-cü ildə Ontario ABŞ-da 1,5 milyon evi elektrik enerjisi ilə təmin edib. Əyalət Nyu-York, Miçiqan və Minnesota ştatlarına əsas elektrik enerjisi ixracatçısıdır.

Bir müddət öncə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp dövlət başçısı səlahiyyətlərinin icrasına başlayan kimi Kanada və Meksikadan daxil olan bütün məhsullara 25 faiz rüsum tətbiq etmək niyyətində olduğunu bildirmişdi.

Xəbər lenti

Xəbər lenti