Bakı. Trend:
Yaponiyanın Baş Naziri Şiqeru İşiba, ölkəsinin ABŞ-yə investisiyalarını 1 trilyon dollara çatdırmağa hazır olduğunu bildirib.
Trend-in məlumatına görə, İşiba bu bəyanatı Vaşinqtonda, Amerika Prezidenti Donald Trampla birgə keçirdikləri mətbuat konfransında verib.
O, "Bu gün mən Yaponiyanın ABŞ-yə sərmayəsini görünməmiş 1 trilyon dollara çatdırmaq üçün Prezident Donald Trampla birgə işləməyə hazır olduğumu bildirdim" deyib.
İşiba həmçinin, süni intellekt və yarımkeçiricilər istehsalı kimi sahələrdə ABŞ-Yaponiya əməkdaşlığını "daha yüksək səviyyəyə" çıxarmaq üçün Prezident Trampla razılaşdığını vurğulayıb.