...

Alyaskada radarlardan itən təyyarənin bütün sərnişinləri həlak olub

Dünya xəbərləri Materials 8 Fevral 2025 06:08 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bering Air aviaşirkətinə məxsus və cümə axşamı Alyaska üzərində radarlardan itən təyyarədə olan 10 nəfərin hamısı həlak olub.

Trend xəbər verir ki, bu barədə Associated Press cümə günü ABŞ Sahil Mühafizəsinə istinadən məlumat yayıb.

Hadisənin səbəbləri hələ açıqlanmayıb. Unalakleetdən Nome şəhərinə uçan təyyarənin göyərtəsində 9 sərnişin və bir pilot olub. NBC telekanalının məlumatına görə, təyyarənin qalıqları Nome şəhərindən 54,7 km cənub-şərqdə aşkar edilib.

Bu, son iki həftə ərzində ABŞ-da baş verən üçüncü ciddi aviasiya qəzasıdır. Yanvarın 29-da Ronald Reyqan Vaşinqton Beynəlxalq Hava Limanı yaxınlığında American Airlines sərnişin təyyarəsi ilə Army Black Hawk helikopteri toqquşub, nəticədə 67 nəfər həlak olub. Yanvarın 31-də isə Learjet 55 tipli tibbi təyyarə Pensilvaniya ştatının Filadelfiya şəhərində qəzaya uğrayıb. Bu hadisə zamanı azı 7 nəfər həlak olub, 19 nəfər isə xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti