...

Tramp ABŞ immiqrasiya və gömrük mühafizə idarəsinin fəaliyyətindən narazıdır

Dünya xəbərləri Materials 8 Fevral 2025 08:57 (UTC +04:00)
Tramp ABŞ immiqrasiya və gömrük mühafizə idarəsinin fəaliyyətindən narazıdır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp, onun fikrincə, ölkədən kifayət qədər qeyri-qanuni mühacirləri deportasiya etməyən ABŞ İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin hərəkətlərindən narazıdır.

Trend xəbər verir ki, cümə günü mənbələrə istinadən NBC məlumat yayıb.

Onların məlumatına görə, Tramp qəzəblidir və bu barədə artıq sərhəd təhlükəsizliyinə və qeyri-qanuni mühacirlərin deportasiyasına cavabdeh olan Tomas Homana, eləcə də daxili təhlükəsizlik naziri Kristi Noemə məlumat verilib.

Televiziya şəbəkəsinin məlumatına görə, Homan da ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsinin fəaliyyətindən narazıdır və ölkədə qeyri-qanuni olan daha çox insanın saxlanmasına və deportasiya edilməsinə çağırır.

Xəbər lenti

Xəbər lenti