Bakı. Trend:
ABŞ Hökumətinin Səmərəliliynin Artırılması Departamentinin (DOGE) rəhbəri olan milyarder İlon Mask "TikTok" sosial şəbəkəsinin almaqda maraqlı olduğu barədə şayiələri təkzib edib.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.
"Mən TikTok almaq üçün heç bir təklif göndərməmişəm", - deyə İ.Mask Almaniyada Axel Springer media konqlomeratının rəhbəri Matias Döpfner tərəfindən təşkil edilən konfransda çıxışı zamanı bildirib.
Bu, onun mümkün razılaşma ilə bağlı ilk şərhi idi. "TikTok-a sahib olsaydım, nə edəcəyimlə bağlı heç bir planım yoxdur", - deyə o əlavə edib.
Mask həmçinin bildirib ki, o, TikTok-dan istifadə etmir.