...

HƏMAS-dan sonra İsrail fələstinli məhbusları sərbəst buraxmağa başlayıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 15 Fevral 2025 14:41 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

HƏMAS-ın Qəzza bölgəsində atəşkəs rejimi haqda sazişi çərçivəsində 3 əsiri azad etməsindən sonra İsrail tərəfi fələstinli məhbusları tədricən sərbəst buraxmağa başlayıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, sərbəst buraxılmış fələstinli məhbusların ilk partiyasını daşıyan mikroavtobus Ramallahda böyük izdiham tərəfindən alqış sədaları ilə qarşılanıb.

Hər hansı insidentin yaranmaması üçün İsrail şəhərdə gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirib.
Qeyd edək ki, bu gün İsrail tərəfi razılaşmaya əsasən 369 fələstinli məhbusu azad etməyi öhdəsinə götürüb.

xxx

12:55

Qəzzada HƏMAS döyüşçüləri biri rusiyalı olmaqla 3 əsiri azad edərək, Beynəlxalq Qırmızı Xaç komitəsinin əməkdaşlarına təhvil verib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, əsirlərin azad edilməsi Dohada əldə olunmuş Qəzza atəşkəs razılaşması çərçivəsində baş tutub.

Qeyd edək ki, İsrail ordusu Həmasın Qəzzada 3 əsiri azad edərək, Qırmızı Xaç komitəsinə təhvil verildiyini təsdiqləyib.

xxx

12:02

HƏMAS-la İsrail hökuməti arasında razılaşdırılmış atəşkəs sazişi çərçivəsində bu gün tərəflər arasında növbəti əsir mübadiləsinin baş tutacağı gözlənilir.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, HƏMAS döyüşçüləri 3 əsiri – Aleksandr Trufanov, Saquy Dekel-Çen və Yair Hornu azad edərək, beynəlxalq vasitəçilərə təqdim edəcək. İsrail tərəfi isə əvəzində ölkənin həbsxanalarında saxlanılan 369 fələstinli məhbusu azad etməyi öhdəsinə götürüb.

Bundan başqa, HƏMAS tərəfi Qəzzada atəşkəs rejiminin tətbiqi ilə bağlı sazişin ikinci mərhələsinin başlaması üzrə İsrail tərəfi ilə gələn həftədən etibarən vasitəli danışıqların başlayacağını bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti