...

ABŞ Moldova Milli Ordusuna bir qrup hərbi maşın təhvil verib

Dünya xəbərləri Materials 18 Fevral 2025 23:20 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Moldova Milli Ordusuna 29 “Hummer” hərbi maşını təhvil verib.

Trend-in məlumatına görə, bu barədə Moldova Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

"Bu yardım paketi Moldova Respublikası və ABŞ-ın müdafiə institutları arasında səmərəli və uzunmüddətli əməkdaşlığın bariz nümunəsidir və bu, bizim eyni məqsədlərə - sülh və təhlükəsizliyin təmin edilməsinə malik olduğumuzu təsdiqləyir", - deyə müdafiə naziri Anatoliy Nosatiy bildirib.

ABŞ-nin Moldovadakı Səfirliyi bildirib ki, ABŞ Moldova silahlı qüvvələrinin modernləşdirilməsinə dəstəyi çərçivəsində 29 yeni "Hummer" avtomobili hədiyyə edib. "Güclü tərəfdaşlığımız hər iki ölkəmizi daha təhlükəsiz və güclü edir", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti