...

Liviya Ali Məhkəməsi "cihad vergisi"ni ləğv etdi

Dünya xəbərləri Materials 6 Mart 2025 04:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Liviya Ali Məhkəməsinin Konstitusiya Palatası 1970-ci ildə qəbul edilən və Liviya Cihad Fonduna işçilərin maaşından üç faiz vergi tutulmasını nəzərdə tutan qanunu ləğv edib.

Trend xəbər verir ki, bu barədə Liviyanın “əl-Əhrar” telekanalı məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, cihad vergisinin tutulması dayandırılıb. Ləğv edilmiş qanuna görə, toplanan vəsaitlər islam dünyasının müstəmləkəçi dövlətlərə qarşı cihadına dəstək üçün fonda köçürülürdü.

Hazırda Liviyada faktiki olaraq iki hökumət fəaliyyət göstərir – ölkənin şərqində parlament tərəfindən təsdiqlənən Nazirlər Kabineti və Tripolidə yerləşən Milli Birlik Hökuməti.

Xəbər lenti

Xəbər lenti