...

Səudiyyə Ərəbistanında Rusiya-ABŞ danışıqları başladı (ƏLAVƏ EDİLİB)

Dünya xəbərləri Materials 24 Mart 2025 11:35 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən “The Ritz-Carlton” hotelində ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar start götürüb.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Görüş bağlı qapılar arxasında keçirilir.

Səudiyyə krallığının Təhlükəsizlik Xidmətinin əməkdaşları yerli və beynəlxalq jurnalistlərə hotel ərazisini tərk etməyi tapşırıb.

xxx

10:27

Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya-ABŞ nümayəndə heyətləri arasında növbəti danışıqlar mərhələsi bu gün Ər-Riyadda Bakı vaxtı ilə 11:00-da başlayacaq.

Trend xəbər verir ki, bu haqda Rusiya KİV məlumat yayıb.

Görüşün Səudiyyə paytaxtında yerləşən "The Ritz-Carlton" hotelində keçiriləcəyi bildirilir. Rusiyanı görüşdə Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidmətinin direktorunun müşaviri Sergey Beseda təmsil edəcək.

ABŞ nümayəndə heyətinin tərkibinə isə Dövlət Departamentinin siyasi planlaşdırma direktoru Maykl Enton, Ukrayna üzrə xüsusi nümayəndə Kit Kelloqun köməkçiləri və milli təhlükəsizlik müşaviri Mayk Uolts daxildir.

Ukrayna və ABŞ arasında Ər-Riyadda keçirilən danışıqlar 23 mart tarixində baş tutub. Fasilələrlə beş saat davam edən görüş zamanı, o cümlədən, enerji obyektlərinin və infrastrukturun təhlükəsizliyinə dair təkliflər müzakirə olunub. Ukrayna prezidenti Volodimir Zelenski danışıqların kifayət qədər faydalı keçdiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti