Bakı. Trend:
Perunun keçmiş prezidenti Ollanta Humala çirkli pulların yuyulmasında təqsirli bilinərək, 15 il müddətinə azadlıqdan məhrum edilib.
Trend xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Paytaxt Limada keçirilən məhkəmə prosesində səsləndirilən ittihama əsasən, Humala 2006 və 2011-ci illərdə seçki kampaniyalarının maliyyələşdirilməsi üçün Braziliyanın “Odebrecht” tikinti şirkətindən qanunsuz yolla pul vəsaitləri qəbul edib.
Onun Milliyyətçi Partiyasının həmtəsisçisi olan həyat yoldaşı Nadin Heredia da çirkli pulların yuyulmasında təqsirli bilinərək, 15 il həbs cəzası alıb.